SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənnilər Niyam Səlami və Ramal İsrafilov arasında qalmaqal yaşanıb.

BAKU.WS
xəbər verir ki, Ramalın "ATV maqazin onlarla" proqramında həmkarı haqqında söylədiyi fikirlər qarşı tərəfi qəzəbləndirib.

Ramal Niyam Səlamini ifaçı kimi qəbul etmədiyini bu sözlərlə ifadə edib: "Aşpazın müğənnilərin arasında nə işi var? Şəkil çəkdirmək istəyir? Pul verim gəlsin mənim bağımda yemək bişirsin"

Niyam Ramalın fikirlərinə ATV-nin "10-dan sonra" verilişində cavab verib. O, Ramalın bu sözləri ayıq başla söyləmədiyi deyib:

"Həmin adam ayıq başla birinci mənimlə danışsın, zəng vurub sözünü desin, sonra gedib efirdə danışsın. Bizim aramızda heç nə ola bilməz, çünki o şor yeyib, mən qoz-fındıq. İllərdir evində duz-çörək kəsən Ramalın düzgün danışmadığını söyləyib. Həmin adamlar yemək də bişirirlər, saç da düzəldirlər, makiyaj da edirlər, mən heç danışmıram. Öz söhbətinizi edin. Kişi söhbəti edin". 

Zülfiyyə Qurbanova
BAKU.WS