VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Telejurnalist İradə İsaq əməkdar artist Zöhrə Abdullayevadan yazıb. 

BAKU.WS-in məlumatına görə, İradə İsaq sənətkarın oğlunun 40 mərasimində iştirak edib və Zöhrə Abdullayevanın tanınmaz halda olduğunu bildirib: 

"Bu gün sevilən sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən Mən... Dərd adamı necə dəyişər? Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? Mənim üçün həyat bitdi deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim. Allah rəhmət eləsin, səbr versindən savayı".

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən dünyasını dəyişib.

Südabə
BAKU.WS