SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur teleaparıcı Nərgiz Cəlilova yaşından dəfələrlə kiçik görünüşü ilə hər kəsi heyran edib.

BAKU.WS
xəbər veri ki, 10 iyunda 58 yaşını tamamlayaraq 59 yaşına qədəm qoyan aparıcı yeni paylaşdığı fotolarla hər kəsi bir daha təəccübləndirib.

Qüsursuz bədən quruluşu ilə yanaşı üzündə də bir dənə belə qırış olmayan Nərgiz xanım əslində heç vaxt yaşını göstərməyib. Onun gözəllik və cavanlıq siri həmişə xanımlarımızı maraqlandırıb. Uzun illərdir dieta saxladığı və idmanla məşğul olduğu bildirilən Nərgiz xanımın belə cavan qalmasının səbəbini yoqada görənlər də az deyil. Belə ki, o, müsahibələrində yoqa ilə məşğul olduğunu açıqlayıb. 
 
Xatırladaq ki, Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Gəncə şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib. 6 dekabr 2009-ci ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı verliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu verliş lahiyəsi 2010-ci ildə bitirildi. 2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verlişi aparır. Bir qızı var.

Zülfiyyə Qurbanova
BAKU.WS