SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Sirdaş Rövşanə” verlişinin növbəti qonaqları psixoterapevt Elmir Əkbər, müğənnilər Afaq Aslan, Zeynəb Dostəliyeva, ekstrasens Nadim Əlixanov və jurnalist Bahadur Seyidov olub.

Verlişinin müzakirə obyekti isə yenə ekstrasenslər olub.

Müğənni Afaq Aslanın elm adamlarının adi insanlardan daha çox ekstrasenslərə inanır ifadəsi efirdə gərginlik yaşadıb.

Afaqın ekstrasens Nadim Əlixanovun yanına getdiyini və müğənnin şou-biznes sahəsinə gələcəyi, çox populyar olacağı ilə bağlı verdiyi proqnozun düz çıxdığını etiraf etməsinə, psixoterapevt Elmir Əkbərdən cavab gecikməyib:

“Təbii ki, əgər Sovet dövrü olsa idi, siz heç vaxt müğənni ola bilməzdiniz. Bəli, müğənni cəsarətli geyinə bilər, amma konsert verəndə. Studiyaya gələndə yox. Hər anlayışın öz izahı var”.

Daha sonra psixoterapevtin bu sözləri müğənnini özündən çıxarıb:

“Muğam ifaçısı deyiləm, xanəndə deyiləm ki, mən topuqdan, yernən sürünən paltar geyinib çıxam efirə. Mən pop-estrada oxuyuram bu bir, ikinisi isə, bizim kişilər niyə bu qədər qısqancdır? Sənin həyatında mənim kimi gözəl xanım yoxdur deyə belə danışırsan”.

BAKU.WS