SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Aslan Hüseynov sənət adamlarının sosial şəbəkədə təhqir edilməsinə və həmkarı Kərim Abasovun yaydığı üzr istəmə videosuna münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, sənətçi "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində bir müddət əvvəl özünün də təhqirə məruz qaldığını açıqlayıb:

"Gizli nömrədən zəng gəldi. Tapdıq. Sumqayıt şəhərindən 42 yaşlı kişi idi. Dediyinə görə beş uşaq atasıdır, bu yaxınlarda da baba olacaq. Çox şeylər oldu. Üzr də istədi. Kərimdən fərqli olaraq, bölmədə çəkiliş etmədim. Kim necə başa düşürsə düşsün, amma özünüzü bizim yerimizə qoyun. Nə etmişəmsə, yaxşı etmişəm. Qanun qarşısında cavab verməyə hazıram".

Xatırladaq ki, bir müddət öncə müğənni Kərim Abbasovun Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsində sosial şəbəkədə onu təhqir edən iki nəfəri üzr istədərək videosunu çəkdirməsi səs-küyə səbəb olmuşdu. Sözügedən məsələylə bağlı daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində başlanan araşdırma nəticəsində Etibar Balakişiyevə şiddətli töhmət verilib, sahə müvəkkili Oruc Mirzəyev isə daxili işlər orqanlarından xaric edilib.

Zülfiyyə Qurbanova
BAKU.WS