"Maşın" realiti şounun qalibi olsa da, maşından imtina edən Roza Zərgərli barəsində maraqlı faktlar ortaya çıxıb.

BAKU.WS
 həmin faktları təqdim edir:

1. Roza Zərgərli 1979-cu ildə Rusiyanın Tumen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində doğulub.

2. Təhsil aldığı 7 illik musiqi məktəbini, musiqi texnikumunu və Musiqi akademiyasını fərqlənmə diplomu ilə bitirib.

3. Bütün bu musiqi təhsilləri ilə kifayətlənməyən Roza Zərgərli İncəsənət və Mədəniyyət universitetinin rejissorluq fakultəsinə daxil olub. 2007-ci ildə oranı da fərqlənmə diplomu ilə bitirib.

4. 2005 və 2015-ci illər ərzində "Adam ol" və "100 kağız" filmlərinə, 2013-cü ildə isə "Tək olanda qorxma" serialına çəkilib.

5. Müğənni iki dəfə ailə qurub.  İlk dəfə 17 yaşında ərə gedib və 21 yaşında boşanıb. 27 yaşında ikinci dəfə ailə həyatı qurub.

6. İkisi qız, ikisi oğlan olmaqla dörd övladı, bir nəvəsi var. Yalnız Bənövşə öz doğma qızıdır. Corc və Jerarın atası latviyalıdır, rəhmətə gedib.

7. O, müsabiqələrinin birində övladlığa uşaq götürdüyü barədə bunları demişdi: "Mən övladlığa uşaq götürəndə hələ Ancelina Coli bunu etmirdi. Mənim əkiz övladım olub, Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib. Böyük oğlumu setdə görmüşəm. Çox istedadlı gəncdir. Onu görən andan düşündüm ki, bu, mənim oğlumdur. Çünki mənim oğlum sağ qalsaydı belə olardı.

Qeyd edək ki, bu faktlar "Azemaqazine" İnstagram səhifəsində paylaşılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS