VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı xalq artisti Brilliant Dadaşova olub.

Xalq artisti restoran səhnəsində oxumaqdansa, toy səhnəsində oxumağı daha üstün tutduğunu deyib:

“Mən ilk addımlarımı atan gündən restorana gedib heç vaxt oxumazdım. Amma toyda oxuyardım. Nəyə görə? Çünki hər birimiz əzizimizə toy edəndə, ən sevdiyimiz insanları dəvət edirik. Amma mən belə fikirləşirəm ki, restorana küçədən keçən hamı girə bilir və orada bilinməyən bir kütlə əmələ gəlir. Amma toyda isə qohumlarımızdır. Ona görə fikirləşirəm ki, toyda səhnəyə çıxanda müğənni orada bir atmosfer, səviyyə yaratmağı bacarmalıdır. Oxusunlar, çörək puludur, qazansınlar. Amma səviyyədən və sənətdən danışmasınlar”.

BAKU.WS