SİZİN REKLAM BURADA!
055 213 76 73



Küveytli aparıcı Amal əl-Avadi canlı yayım zamanı efirdən qovulub.

BAKU.WS 
lenta.ru-ya istinadən xəbər verir ki, efir zamanı redaktor canlı yayımın dayandırılmasını tələb edib və 29 yaşlı aparıcı telekanaldan uzaqlaşdırılıb. 

Daha sonra məlum olub ki, hadisəyə səbəb izləyicilərin aparıcının geyiminə qəzəblənməsi olub. Onların fikrincə, Ramazan ayında heç bir aparıcı bu cür geyinməməlidir.

Şayiələrə görə, Əl-Avadi yüksək vəzifəli məmur tərəfindən işdən qovulub. Kanal bu versiyanı təsdiqləməyib.

Teleaparıcının heyranları onu müdafiə etməyə çalışsalar da, telekanal rəhbərliyi fikrini dəyişməyib.

BAKU.WS

[media=https://youtu.be/eZTXtvSFxLQ]