SİZİN REKLAM BURADA!
055 213 76 73



""Maşın" realiti şouda Azərbaycan kişisinin dünyaya bu cür təqdimatına görə, bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm. Mənəviyyat getdi əldən. Yetər artıq"!

BAKU.WS xəbər verir ki, xalq artisti, gitara ifaçısı Rəhman Məmmədov "Maşın" realiti şouda baş verən bəzi neqativ hallara laqeyd qala bilməyib və son günlərin ən reytinqli realiti şousunda yaşananlara münasibətini belə bildirib.

Qeyd edək ki, iştirakçıların bir-birinin üzünə gülüb, arxadan vurması, hiyləgər taktikalar işlətməsi tamaşaçılar tərəfindən müsbət qarşılanmır. Kişi iştirakçıların da oyunun gedişatına uyub, ata və qardaş dediyi şəxsləri gözləmədiyi halda oyundan çıxarması kişiliyə yaraşmayan hərəkət kimi qəbul edilib.  

Zülfiyyə Qurbanova
BAKU.WS