VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Maşın”dan bilmədən əlini çəkərək ayrılan meyxanaçı Ələkbər Yasamallı qalmaqallı oyunçu Hüseyn Əzizoğlunun apardığı oyunu bəyənmədiyini açıqlayıb. 

BAKU.WS
xəbər verir ki, o, Abbas Bağırovu namərdcəsinə oyundan uzaqlaşdıran Hüseyni tənqid edib və barəsində xoşagəlməz ifadələr işlədib:

“Abbası kürəyindən vuran o uşağın adı nə idi? Hə, Hüseyni deyirəm. Atasının adı nə idi, yadımdan çıxıb. Mən şouya gələndə mənə "əmi" deyirdi. Dünəndən hamı ona Rozanın, Abbası oğlu deyir. Sən demə biz Abbasla qardaş imişik. Bu oyunda bildim bunu.

Onun hərəkətlərini Yasamal uşağına yaraşdırmıram. O uşaq deyir ki, yasamallıyam, ancaq biz tərəfdə belə şey yoxdur. Hüseyn aşağıda - "Üç tac" binaları tərəfdə qalır, köhnə Yasamal yuxarıdadır. Mən yuxarı məhlədə oluram, şəxsən bizim Yasamal uşaqlarında belə şeylər yoxdur. Bir insana dost deyib, kürəyindən vurmaq nəinki Yasamal uşaqlarında, ümumiyyətlə azərbaycanlılarda belə xüsusiyyət yoxdur. Bu uşağa o xasiyyət haradan keçib, Allah bilir, bir də dədəsi Abbas bilər”.

BAKU.WS