SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov nəhayət ki, uzun fasilədən sonra seriala dəvət alıb.

BAKU.WSyenicag.az-a istinadən xəbər verir ki, aktyor yazıçı, millət vəkili Hüseynbala Mirələmovun “40-cı qapı” romanı əsasında ekranlaşacaq seriala çəkildiyini bildirib:

"Deputat serialda özü mənim çəkilməyimi istəyib. Bir müddət öncə deyib bu serialda baş rola ya Fuad Poladov, ya da Tariyel Qasımovun çəkilməsini istəyirəm. Fuad rəhmətə getdi, məni çəkəsi oldular. İyunun 15-i çəkilişlərə start veriləcək. Serialı Rusiyada təhsil alan İdrak adlı rejissor çəkəcək”.

Xalq artisti 80 bölümdən ibarət serialın kriminal hadisələrlə zəngin olacağını bildirib: “Məni hakim rolunda görəcəksiniz. Serial Azərbaycandakı qadın koloniyasında, məhkəmə və digər məkanlarda çəkiləcək. Serialda paxıllığımı çəkən bir həmkarımın əli ilə məni küçədə öldürüb, aradan götürəcəklər. Dramatik hadisələrin cərəyan etdiyi serial tamaşaçıları ekrana kilidləyəcək”.

BAKU.WS