VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış prodüser Tarix Əliyev efirdə göz yaşı töküb. 

BAKU.WS xəbər verir ki, dünən aparıcısı olduğu "Hər şey daxil" verilişində doğum gününü qeyd edən Tolik həssas anlar yaşayıb. 

Onu təbrik etməyə gələn qonaqlardan biri Hacı Nurana rəğbətini ifadə edərkən göz yaşlarına hakim ola bilməyib:

"Allah sevdiyi insanları həmişə sınağa çəkir. Səni də xəstəliklə sınağa çəkdi, amma sən onun öhdəsindən gəldin. Çox qəribədir, i9llərini başqalarının sağalmasına həsr etdin... Nə deyəcəyimi bilmirəm... Sən doğrudan yaxşı insansan. Hətta özün Almaniyada müalicədə olduğun vaxtda da başqalarına kömək edirdin. Bir insanın xəstəliyi ilə bağlı zəng vurdum. Almaniyada dializdə idin. Mənə nömrə verdin və dedin ki, bu şəxs o xəstəyə kömək edəcək".

Tolik efirdə ağlamasına belə aydınlıq gətirib: "Mən Hacı Nuranı  çox istəyirəm, çünki o hər zaman kasiblarin dostu olub. Hər zaman hamıya kömək etmək istəyib. Bu gün özümü saxlaya bilmədim".

Zülfiyyə Qurbanova
BAKU.WS