SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün doğum gününü qeyd edən prodüser Tolik "Gelandewagen" alıb.

BAKU.WS-in məlumatına görə, yeni avtomobili ilə şəkil paylaşan prodüser dostlarına təşəkkür edib:

"Həyatda gərək sənə dəyər verən dostların olsun və sənin arzularının realaşmasına dəstək olsunlar. Allah hamının ürəyinə görə versin. Mən də xətasız-bəlasız sürüm". 


Xatırladaq ki, Tarix Əliyev ilk olaraq müğənni Röya Ayxanla işbirliyinə imza atıb. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırırlar. Rəqsanə İsmayılova ilə bir çox layihələr edib və məhz Rəqsanə İsmayılovanın məşhurlaşmasında Tolikin çox böyük rolu olmuşdur. Daha sonra Sevda Yəhyayeva, Elton Hüseynəliyev, İlhamə Quliyeva ilə bir çox lahiyələr gerçəkləşdirib.

Fasilələrlə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə çalışıb. Bir müddət Sevil Sevinc Səfərova bacılarına prodüserlik edirdi. İndi yalnız Elton Hüseynəliyevlə çalışır. Aparıcı kimi ilk olaraq Lider TV-də yayımlanan "Bu bizik" verlişində efirə çıxıb. Hazırda Xəzər TV-də yayımlanan ən reytinqli musiqili-əyləncəli "Hər şey daxil" verlişinin aparıcısıdır. 

Zülfiyyə Qurbanova
BAKU.WS