SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Realiti-şou başlanan gündən maşının önündə dayanan aktrisa Pərvin Abıyeva ilk günlər idman hərəkətlərilə diqqət mərkəzində oldu. Artıq bir neçə gündür bir-birindən gözəl libaslarla tamaşaçıların gözünü oxşayır.

Dünən geyindiyi dekolte libas aktrisanın tatuirovkasını üzə çıxardı. İki kəpənəkli tatu sosial şəbəkə istifadəçilərin müzakirəsinə səbəb olub.  

Xatırladaq ki, maşın uğrunda hazırda aşağıdakı şəxslər mübarizə aparır: 

1.Cavidan Novruz (aktyor) 
2.Mətanət Əliverdiyeva (aparıcı) 
3.Aytən Səfərova (aparıcı) 
4.Hüseyn Əzizoğlu (video blogger) 
5.Uran (reper) 
6.Rahidə Baxıçova (müğənni) 
7.Əli Mirəliyev (müğənni) 
8.Ruhəngiz Musəvi (müğənni) 
9.Pərvin Abıyeva (aktrisa) 
10.Abbas Bağırov (müğənni) 
11.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olub. Hüseyn Əzizoğlu isə səs toplayaraq İlhaməni oyundan çıxarıb. 

BAKU.WS