VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Aygün Bəylərin yalanı aylar sonra üzə çıxdı.

BAKU.WS-in məlumatına görə, bir müddət əvvəl ifaçının prodüseri Sultan Mustafayev onun ailə quracağı barədə, hətta toyun tarixinə qədər açıqlamışdı.

Deyilən tarixdə toy baş tutmadıqdan sonra A.Bəylər verilişlərin birində bu xəbərin yalan olduğunu, sadəcə piar xatirinə məqsədli şəkildə yayıldığını etiraf etmişdi.

Bu söz-söhbətin üstündən aylar keçməsinə baxmayaraq, prodüser Sultan Mustafayev yenidən mövzuya qayıdıb. O, evlilik məsələsinin ciddi olduğunu, lakin müəyyən səbəblərdən alınmadığını deyib:

"Bəli, ciddi söhbət idi. Aygün Bəylər ailə quracaqdı. Sadəcə, son vaxtlar həmin bəylə Aygün xanımın sözləri düz gəlmədiyinə görə ayrıldılar".

Zülfiyyə Qurbanova
BAKU.WS

Aygün Bəylərin prodüseri Sultan Mustafayevin "DTV Maqazin"ə açıqlamasını təqdim edirik: