VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Əməkdar artist verlişlərin birində şəklin cırmasından danışıb:

“Gəlmisiz musiqi təhsiliniz olmadan bu camiaya düşmüsüz. Xalq sizi çağırır toylarına. Şəxsən mənim evimdə hətta əşyaların belə o musqini eşidə bilməz. Mən efirdə demişəm ki, mənim itim, pişiyim belə qulaq asa bilməz. O gün ora gəldi, onun şəkli düşdü. O mövzuda, o stildə musiqi başqasının da şəkli olsa idi, mən onu da cıracaqdım”.

Qeyd edək ki, Elza Seyidcahan verlişlərin birində Damlanın şəklini cırıb və barəsində bu sözləri demişdi:

“Adı Məsumədir. Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar “Dalğa”. Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.

BAKU.WS