VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Mənim qazancım kişiliyimi saxlayıb, oyunu açıq alınla tərk etməyim oldu. Digər oyunçulara isə uğurlar arzu edirəm".

Bu sözləri az səs toplayaraq "Maşın"ı tərk edən Qurd söyləyib. 

BAKU.WS xəbər verir ki, ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun “Xanımlar və Cənablar-2” adı altında yayımlan 16-cı sürətində  davam edir.

Gərgin keçən oyunda uduzan Qurd şounu tərk etdikdən sonra belə açıqlama verib: 

"Əziz dinləyicilərim, mənə səs göndərdiyiniz üçün təşəkkür edirəm. Özüm qəsdən ən çətin rəqimi seçdim ki, mənə yaraşan budur. Kişi kimi də uduzdum. Mənə layiq olan budur. Zəif iştirakçı da seçə bilərdim, amma mənə yaraşmazdı. İstəyirdim özümü sınayım, qalib gəlim. ATV-də gedən bir şouda həmin telekanalın aparıcısına qalib gələ bilməzdim. Çətin olardı. Hər kəsə dərin təşəkkür edirəm ki, mənimlə bərabər mücadilə apardız".

Zülfiyyə Qurbanova
BAKU.WS