"Maşın" realiti şouda aparıcılar Aytən Səfərova ilə Mətanət Əliverdiyeva arasında gərgin anlar yaşanıb.

BAKU.WSxəbər verir ki, Səfərova əvvəlcə aktyor Cavidan Novruzla mübahisə edib.

Belə ki, aparıcı Cavidannın iştirakçılarla zarafatını qəbul etmədiyini bildirib. Bu isə aktyorun xoşuna gəlməyib və onlar qızğın mübahisə ediblər. Mətanət Əliverdiyeva C. Novruzu sakitləşdirməyə çalışıb. 



Canlı yayım zamanı mübahisənin süjeti efirə verilib. Mətanətin “Aytən kimdir ki, ona görə əsəbiləşirsən? O, ömür boyu ağzının danışığını bilməyib”, deyərək Cavidanı sakitləşdirməsi Aytəni məyus edib.

Bu sujetdən sonra həmkarlar arasında gərgin mübahisə gedib. Aytən vaxtilə bir yerdə işlədikləri ANS-dən Mətanətə görə çıxdığını xatırladıb.



Xatırladaq ki, Mətanət Əliverdiyeva ANS-dən ATV-yə keçdikdən sonra şpaqat açdığına görə Ləman Ələşrəfqızı onun barəsində kəskin tənqidi material hazırlamışdı. Aytən Səfərova da həmin ərəfədə ANS-in efirində "Salam, Azərbaycan" adlı səhər verilişinin aparıcısı idi. Səfərova müsahibələrində açıqlamışdı ki, ANS rəhbərliyi ondan da Mətanəti öz verilişində tənqid etməyi istəyib və bunu etmədiyi üçün işindən olub.

Zülfiyyə Qurbanova
BAKU.WS