SİZİN REKLAM BURADA!
055 213 76 73



Dəniz suyundan içməli su kimi istifadə edilməsi mümkün olacaq. Bunun üçün dəniz suyunun duzsuzlaşdırılması kompleksində iş aparılır. Hazırda isə duzsuzlaşdırılmış sudan yalnız yaşıllaşdırma işlərində və tingliklərin suvarılmasında istifadə olunur.

BAKU.WS
 xezerxeber.az-a istinadən xəbər verir ki, Xəzər dənizindən götürülən su filtrlərdən keçirilir, duzsuzlaşdırılır və yaşıllaşdırma işlərində istifadə olunur.

Salyan rayonunun Xıdırlı kəndində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu" səmərəliliyini artırır. Burada təmizlənən su içmək üçün də istifadə olunacaq.

Hazırda kompleksdə il ərzində ortalama 400 min kub dəniz suyu təmizlənir. İlkin olaraq 12 km məsafədən qurulmuş nasoslar vasitəsilə Xəzər dənizindən vurulan su 30 min kubmetrlik dambaya ötürülür.

Daha sonra isə komleksə ötürülən su burada filtirlərdən keçirilərək tərkibində olan qum və digər maddələr ayrılır. Bütün proses başa çatdıqdan sonra əldə olunan su istifadəyə hazır vəziyyətə gətirilir.

Kompleks 2013-cü ildə fəaliyyətə başlayıb və 2016-ci ildə güçü iki dəfə artırılıb. İstifadəyə yararlı sudan hazırda yaşıllıqların sulanması və 70 minə yaxın müxtəlif növ tingin yetişdirilməsində istifadə olunur. Kompleksin sədri Qabil Teymurov deyir ki, müasir qurğular vasitəsilə əldə olunan su gələcəkdə içmək üçün də istifadə olunacaq.

BAKU.WS