VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Düşmən münasibətdə olduğu həmkarı Nazəninlə məhkəmə qalmaqalı 3 ildir davam edən müğənni Təranə Qumrala (İbrahimova) cinayət işi açılıb.

BAKU.WS
-in məlumatına görə, bu gün məhkəmədə hazırlıq iclası olub. Növbəti məhkəmə prosesi 7 iyun, saat 10.00-a təyin olunub.

İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin  ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.

Nazənin Salayevanın hüquqlarını müdafiə edən “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev proseslər barədə BAKU.WS-ə ətraflı açıqlama verib:

“Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun icraatında olub.Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru tərəfindənyoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib".

H. Qarayevin sözlərinə görə, T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.

Zülfiyyə Qurbanova
BAKU.WS