VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Flora Kərimova "Qayınana 2018" filminə çəkilir.

BAKU.WS
xəbər verir ki, Flora xanım təəssüratlarını belə bölüşüb: "Heç ağlıma gəlməzdi ki, 40 il öncə sountrekini ifa etdiyim filmin yeni versiyasında qaynana mən olacağam". 

Baş rolunu ifa etdiyi filmin ilk çəkiliş günü alqışlarla və qarşılanıb.

Sənətkar isti qarşılanmasına zarafatyana reaksiya verib: "İlk çəkiliş günü belə qarşıladılar. Hələ bilmirlər başlarına nə oyun gətirəcəyəm".

"Qaynana 2018" filmi "Caspian Media Group" tərəfindən ekranlaşdırılır. Film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur. Filmdə F.Kərimova ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. "Qayınana"da epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.

Zülfiyyə Qurbanova
BAKU.WS