VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Sevda Sanalıyeva yaşadığı üçün üç il əvvəl dünyasını dəyişən anasından indi üzr istəyib. 

BAKU.WS verir ki, ifaçı mərhum anasına ünvanladığı ürək sözlərini sosial şəbəkədə paylaşıb:

"İnsanlara güvənməməyi, aldanmamağı, onların nə dərəcədə təhlükəli ola biləcəklərini başa salaraq böyütdün məni. Amma böyütdükdən sonra bir gün sənə, "bəsdir ana, insanlara nifrətlə yaşamaq istəmirəm, mən sənin kimi olmayacam", dedim. Səni o sözümlə incitdim, bağışla ana. Çox düz deyirmişsən. İnsanlar çox zalımdır, çox ikiüzlüdür, çox pisdir. Yalanlardan, saxtalıqdan yoruldum. Sənsiz nə həyatın dadı var, nə aldığım nəfəsin. Necə yaşaya bildim bu 3 ili sənsiz, bilmirəm. Bağışla məni. Sənsiz yaşaya bildiyim üçün bağışla. Balalarımı tək qoya bilmirəm, Onlar böyüsün, səbirsizliklə qucağında ömürlük yatacağım günü gözləyirəm. Səni sevirəm ana! Bağışla məni..."

Zülfiyyə Qurbanova
BAKU.WS