SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrin "xalq artisti" Maral Tahirqızı Tolikin aparıcısı olduğu "Hər şey daxil verilişinin qonağı olub.

BAKU.WS
xəbər verir ki, veriliş efirlərə ancaq alçaldılmaq üçün dəvət olunan Tahirqızının müdafiəsi üzərində qurulub.

Məşhurlardan Səidə Sultan, Gülay Zeynalova, Emil Bədəlov və Könül Kərimova özünə ifaçı deyən bu xanımın sənətini bəyənməsələr də, ələ salınmasına qarşı çıxıblar və etirazlarını bildiriblər.

Səidə Sultan məsələyə daha həssas yanaşıb: "O xanımı dolamaq eşqinə düşən bir-iki oğlan vardı, onu lağa qoymaqla özlərini reklam edirdilər.  O xanım da səmimi xanımdır, ürəyində kin-kidurət yoxdur. Baxan kimi görünür. Öz aləmi var, uçur özü üçün. Bundan istifadə edib alçaldırlar, belə olmaz".

Hər zaman Maral Tahirqızına dəstək olan Kamil Zeynallının xanımı Gülay Zeynallı onu belə müdafiə edib: "Heç vaxt ələ salmaq, təhqir etmək olmaz. Bu insandır. Bunu Allah götürməz".  

Zülfiyyə Qurbanova
BAKU.WS