Tanınmış azərbaycanlı model Günay Musayeva Türkiyədə podiuma çıxıb.
 
BAKU.WS məlumat verir ki, həmyerlimiz tanınmış modelyer Yıldırım Mayrukun "2023-ə hekayələr" adlı dəfiləsində modelyerin geyimlərini nümayiş etdirib. Gunay Musayeva podiuma qara gəlinlikdə çıxıb.  

Gecəyə qonaq qismində azərbaycanlı modelyerlər Fəxriyə Xələfova və Gülnarə Xəlilova da qatılıb. Bundan başqa, qonaqlar arasında modellər Tülin Şahin, Ebru Öztürk, müğənni Bülentt Ersoy da olub. 
 
BAKU.WS