SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda fəaliyyət göstərən türkiyəli opera və vokal ifaçısı Oya Ergün YARAT Müasir İncəsənət Məkanında təşkil edilən "Gecəni fəth et" adlı tədbirdə konsert proqramı ilə çıxış edib.

BAKU.WS
xəbər verir ki, Oya Ergün konsert çərçivəsində kompozisiyalarını səsləndirib.

Açıq havada təşkil edilən konsert gənclər tərəfindən maraqla qarşılanıb. Gecədə vokal Kamran Rzayev və DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyev də çıxış edib.

Qeyd edək ki, Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.

Zülfiyyə Qurbanova
BAKU.WS