SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu gün xəbərlərdə oxudum və gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İllərdir sənətdə əziyyət çək, külüng vur. Axırda da sənin mükafatın olmasın, əməyin qiymətləndirilməsin".

BAKU.WS
xəbər verir ki, bu barədə Nadir Qafarzadə "İnstagram" səhifəsində bildirib. Müğənni sosial şəbəkədə video paylaşıb. O, videoda fəxri ad almamasına görə gileylənib.

"Hər zaman dövlət tədbirlərində, cəbhə bölgələrində, hərbi hissələrdə, ulu öndərin ildönümlərində, prezident seçkilərində və s. iştirak etmişəm. Xarici ölkələrdə musiqimizi təmsil etmişəm. Lakin sonda sənin mükafatın olmasın. Bilmirəm bu videodan sonra məni gəlib hara aparacaqlar. Hər halda bu da təəccüblü olmayacaq. Yenə də haqsızlıq öz işini görür", - deyə müğənni bildirib.

N.Qafarzadə həmkarlarını uğurlar arzulayıb:

"Bu paxıllıq deyil. Həmkarlarım məni düzgün anlasınlar. Sadəcə olaraq haqqımı tələb edirəm. Demirəm bundan sonra mənə nəsə etsinlər. Lazım deyil. Hər halda sözümü desəm yetər. Öpürəm, hər kəsə uğurlar".

Cavid Babayev
BAKU.WS