SİZİN REKLAM BURADA!
055 213 76 73



Cazibədar görünüşünü ilə gündəmə gələn müğənni Afaq Aslanın bu vaxta qədər gizlətdiyi sirr əslində göstərdiyindən daha maraqlı imiş. Maraqlı olan məqam A.Aslanın bu vaxta qədər gizli saxladığı ailə həyatı ilə bağlıdır.

BAKU.WS
criminal.az saytının əldə etdiyi məlumata görə, A.Aslanın Azərbaycanda tanınmış ailənin gəlini olub.

Onun keçmiş həyat yoldaşı Ramiz Ağayev zəngin iş adamı olub. O, ötən ilə qədər prezidentin köməkçisi olmuş Tariyel Ağayevin əmisi oğludur.
Əldə etdiyimiz məlumata görə, R.Ağayev hazırda həbsdədir. Onun hansı səbəbdən tutulması barədə məlumatsızıq.

A.Aslan açıqlamasında bildirib ki, şəxsi həyatı ilə bağlı mətbuata heç vaxt açıqlama vermək istəməyib. O, R.Ağayevlə vaxtilə ailəli olduğunu təsdiqləyib:

''İnstitutu bitirən kimi ailə həyatı qurmuşam. 20 yaşında artıq ailəli idim. Həmin ərəfədə memarlıq fəaliyyəti ilə məşğul idim. Özümün şəxsi inşaat şirkətim vardı. 2010-cu ildə, evliliyimizdən ilyarım sonra ayrıldıq və mən onu xatırladan hər şeyi həyatımdan sildim''.

BAKU.WS
                              Tariyel Ağayev