Müğənni Namiq Qaraçuxurlu yenə əsa ilə görünüb. 

BAKU.WS-in məlumatına görə, bu günlərdə Özbəkistan səfərindən geri dönən ifaçının paylaşdığı foto pərəstişkarlarını məyus edib.

O, izləyicilərini bu sözlərlə sakitləşdirib: "Dostlar, bəzən əlimdə əsa görsəniz təəccüblənməyin. Gərginlik çox olanda ağırlıq düşməsin deyə az hallarda əsadan istifadə edirəm".
 
Xatırladaq ki, meyxanaçı ötən ilin dekabr ayında mərmər səkinin üstündən sürüşüb yıxılaraq ayağını üç yerdən sındırmışdı. Biri açıq, ikisi qapalı olan sınıqlar cərrahiyyə müdaxiləsilə birləşdirilmişdi. İfaçı təxminən 3 ay yataqdan qalxmamışdı. 

BAKU.WS 



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ