SİZİN REKLAM BURADA!
055 213 76 73



Türk televiziya tarixinin əfsanəvi serialları arasında liderlik edən "Kurtlar Vadisi”nin musiqilərini bəstələyən Gökhan Kırdar təcili xəstəxanaya yerləşdirilib.

Səhhəti ağırlaşan məşhur müğənni və bəstəkarın ağzından qan gəlib. Kırdar bazar günündən bəri reanimasiyada yatır. Hazırda Kırdar intensiv müalicə altındadır.

2002-ci ildən bu yana "Kurtlar Vadisi" serialının musiqilərini bəstələyən Kırdar 2004-cü ildə "Kurdlar Vadisi" Vol.1 və Vol.2 serial soundtrack albomlarını təqdim edib.

2002-ci ildən etibarən film və televiziya layihələri üçün hazırladığı musiqilər sayəsində məşhurlaşan Kırdar 2005-ci ildə "Haziran Gecəsi" və "Yabancı Damat” serialının musiqilərinin də yer aldığı albomlarını çıxarıb, həmçinin bir çox xarici musiqi şirkətiylə əməkdaşlıq edib.

BAKU.WS