VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün müqəddəs Ramazan ayının altıncı gününü yaşayırıq.

BAKU.WS
xəbər verir ki, milli.az bu münasibətlə yerli şou nümayəndələrindən kimlərin oruc tutub, tutmadığını öyrənmək üçün sorğu keçirib.

Onlardan bir neçəsini təqdim edirik:

Xatirə İslam oruc tutduğunu bildirib: "Mən bu gün oruc tutmamışam. Amma oruc tuturam. Əgər bu gün tədbirim, tamaşam yoxdursa, hə, onda tuturam. Amma evimizdə qızım, bacılarım, hammı oruc tutur".

Ceyhun Qala oruc tutmayan yerli məşhurlardandır desək, yanılmarıq. Müğənni səbəbini belə izah edib: "Bu günlərdə tutmamışam. Amma vaxt uyğun olanda tuturam. Gecələr yatmayanda, studiyada filan olanda, alınmır. Bu Ramazan ayında oruc tutmamışam, amma bundan əvvəlkilərdə tutmuşam".

Oruc tutan şou əhlindən biri də cazibədar aparıcı Afaq Gəncəlidir: "Bəli, ilk gündən oruc tuturam. Bundan öncəki Ramazan aylarında da oruc tutmuşam".

Aparıcı, aktrisa Könül Yusif qızı da oruc tutan məşhurlar sırasında: "Hal-hazırda orucam. Artıq 10 ildir ki, stabil olaraq hər Ramazan ayında əvvəldən sonadək orucuma əməl edirəm".

BAKU.WS