SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Roza Zərgərli Sevil-Sevil bacıları barədə çoxlarının bilmədiyi həqiqətləri açıb.

BAKU.WS xəbər verir ki, Zərgərli "XL-Şou"nun qonağı olarkən ona Sevil və Sevinc bacılarının "Roza" mahnısını oxuduğu görüntülər nümayiş etdirilib.

Bu görüntülər Rozanı özündən çıxarıb və əkizləri özünün sənətə gətirdiyini təəssüf hissi ilə dilə gətirib:

"S-Tvins mənim keçmiş qrupum olub. Mən onların həm direktoru idim, həm sponsoru, həm də menecer-prodeseri. Sən demə bunlar illər öncə Röya Ayxanın konsertində DJ kimi çıxıblar. Mənim bundan xəbərim yox idi. Çünki mənə belə bir tələ qurulmuşdu... Mən bu qızları bir dövləət tədbirində gördüm. Üstündən 4 ay keçdikdən sonra mən bu qızları bir layihə kimi götürdüm. Mən də ekiz olmuşam, bacım dünyasını dəyişib. Mən bacımın əziz xatirəsinə görə onlara dəstək oldum. O vaxt toylara getmirdim. Mənə 10 min manata toy təklifi gələndə, özümün yerinə onları 3-4 minə göndərirdim. Buradan demək istəyirəm ki, əziz bacımın xatirəsinə görə onlara dəstək durdum. Amma onların indi belə etmələri düzgün deyil. Onlara görə yanıma gəlib xahiş edən anaları onlara düzgün tərbiyə verməyib". 

Roza Zərgərli Sevil və Sevinc bacılarıyla işbirliyinə son qoymasının səbəbini açıqladı: "Gəlib mənə dedilər ki, biz sizinlə işləyə bilmirik. Soruşdum, niyə? Siz bizi çox sıxırsız, axşam 11-dən sonra dostlarımızla otura bilmirik".

Zülfiyyə Qurbanova
BAKU.WS