SİZİN REKLAM BURADA!
055 213 76 73


Sank-Peterburqda yaşayan azərbaycanlı musiqiçi Ruslan Danilevski polis tərəfindən saxlanılıb.

BAKU.WS
-in rosbalt.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə musiqiçinin dostu Elena Genova məlumat verib.

Onun sözlərinə görə, səhər 06:00 radələrində Danilevski çöldə olarkən polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməsini istəyiblər. Onun üzərində pasport olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək məqsədilə polis bölməsinə aparılıb.

Polis bölməsində onun ümumiyyətlə pasportu olmadığı məlum olub. Danilevskinin Azərbaycana deportasiya ediləcəyi bildirilir.

Elena Genovanın sözlərinə görə, Ruslan Danielevski sənədlərin hazırlanma mərhələsində idi. O, uşaq yaşlarında anası ilə birlikdə Rusiyaya köçüb və bu illər ərzində ona sənəd düzəldilməyib. Musiqiçi bu yaxınlarda pasport almaq üçün səfirliyə müraciət edib.

Musiqiçinin bu günə planlaşdırılan konsertinin baş tutacağı sual altındadır.

BAKU.WS