SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Firuzə Cəlilova (Fira) sosial şəbəkədə çağırış edib. 

BAKU.WS xəbər verir ki, İnstaqramda onlayn geyim satışı ilə məşğul olan @sizin_geyim_mekanınıznız səhifəsi vasitəsilə fırıldaqçılıqla məşğul olunduğunu bildirib.

"Dostlar, ehtiyyatlı olun! "İnstaqram"da belə bir səhifə var; @sizin_geyim_mekanınıznız. Tez-tez də adını dəyişir. Məhsulun pulunu öncədən paypoint vasitəsilə telefonuna yatırır, sonra isə itirlər. Mənim bir çox tanışlarımı aldadıb, pulunu alıblar. Onlar artıq polisə şikayət ediblər. Bu postu paylaşmaqda məqsədim sizin bu fırıldaqçıların qurbanına çevrilməməyinizdir. Aldanmayın. Bu səhifəni şikayət etməyinizi xahiş edirəm ki, başqaları zərər çəkməsin".

İzləyicilərin bir çoxu sözügedən səhifə vasitəsilə aldanıldığını yazıb. Aparıcının bu çağırışına səs verənlər tapılıb. Şikayət edilən səhifə artıq aktiv deyil.

BAKU.WS