SİZİN REKLAM BURADA!
055 213 76 73



“Dünən mənə bir söz dedilər. Hirsimdən az qala həmin adamı öldürəcəkdim. Həyatımda ikinci dəfədir belə sual verirlər. Birinci 12 il bundan əvvəl demişdilər. Mənim qohumumun yaxşı səsi var. Dedilər ki, köməklik edim, yaxşı səsi var, amma ona pis şeylər təklif edirlər. Dedim ki, “stop” elə. Siz bizim sənətimizi necə ucuzlaşdıra bilərsiz”.

BAKU.WSbu sözləri qafqazinfo-ya açıqlamasında əməkdar artist Röya Ayxan deyib. Müğənni incəsənət sahəsini ucuzlaşdıran şəxslərdən söz açıb:

“İnciməsinlər, Rəqsanənin (Rəqsanə İsmayilova), yoxsa Nadirin (Nadir Qafarzadə) sözləri ilə belə nəticəyə gəliblər? Hərənin öz yeri var. Deyirəm ki, kim təklif edib, adam adı verə bilərsən? Elə bir şey yoxdur. Kim bacarıqlıdırsa, hamısına uğurlar arzu edirəm. Bizim sənəti yerə vurmasınlar. Deməli, mən pis təkliflərə görə Röya olmuşam? Gic-gic danışırlar”.

BAKU.WS