SİZİN REKLAM BURADA!
055 213 76 73



"Arxamda atam, qardaşım, ərim olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi olmayıb. Hamısını tək etmişəm". 

BAKU.WS-in məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova rejissor Nail Naiboğlunun "Stop" layihəsində deyib.

O, qızı Aysunun müğənni olmasından danışarkən, sənətin çətinliklərini dilə gətirib: 
 
"Mən istəmirəm Aysun mənim çəkdiyim əziyyətləri çəksin. Bizim sənətimiz çətin sənətdi. Sənətimizdə həm yıxılırsan, həm durursan, həm ağlayırsan, həm gülürsən. İllərini-günlərini sərf edirsən. Mən gördüyüm o əziyyətləri heç bir kişi çiynində daşıya bilməzdi. Dağ olsaydı əyilərdi. Mən hər şeyə tək sinə gərmişəm".

Zülfiyyə Qurbanova
BAKU.WS