SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış prodüser və təşkilatçı Tarix Əliyevin "Hər şey daxil" verilişində müğənni Şəbnəm Tovuzlu barəsində xoşagəlməz fikirlər səsləndirlib.

BAKU.WS
-in məlumatına görə, verilişin qonağı Şəbnəmlə düşmən münasibətlərində olan müğənnu Vəfa Şərifova olub.

Tolik Şəbnəm Tovuzluunun verilişlərin birində Vəfa barəsində səslədiyi fikiri xatırladıb. Daha sonra isə Vəfadan aralarında nə baş verdiyini və Şəbnəmlə eyni verilişə çıxmaq istəmədiyinin səbəbini soruşub: "Biz səni efirə dəvət edəndə prodüserin dedi ki, Şəbnəmlə eyni verilişə gəlmək istəmirsiz. Mənə maraqlıdır, sən demədiyin sözü niyə prodüserin dedi?"

Vəfa prodüserinin ona doğru cavab verdiyini bildirib: "Həqiqətən də belədir. Mən ona demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm".

Aparıcı bəzi adların kimliyini soruşanda ifaçı belə cavab verib: "Birinin özünüz dediniz, başqa adları çəkmək istəməzdim. Buna da mənim əsaslı səbəblərim var. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə, bir ayda üç kişi dəyişənlərlə bir arada çəkilsiz".

V.Şərifovanın Şəbnəm Tovuzluya ünvanladığı təhqirlərin bir hissəsi televiiziyanın etik qaydalarına riayət məqsədilə efirə verilməyib.

Zülfiyyə Qurbanova
BAKU.WS