SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Çingiz Əhmədovun  Space TV-dəaparıcısı olduğu "Yerimdəyəm" verilişində qonaqlar arasında gərginlik yaşanıb.

BAKU.WS
-in məlumatına görə, jurnalist Zülfiyyə Qurbanova müğənni Əminə Şirin ifasına irad bildirib.

Jurnalist müğənnini Natəvan Həbibini yamsılamaqda, təkrarlamaqda günahlandırıb. Əminə jurnalistin iradını əsəblə qarşılayıb. Tərəflər arasında kiçik mübahisənin ardından ifaçı iraqları qismən qəbul edib, hətta özünü Natəvan Həbibidən üstün ifaçı olduğunu deyib:

"Əvvəla, bu mənim özümdən asılı olan bir şey deyil. Bəlkə də haradasa tembrimiz oxşaya bilər. Natəvanin özü ilə də münasibətimiz çox gözəldir, yaxşı oxuyandır. Amma bu bənzətmə mənim əlimdə olan bir şey deyil. Sadəcə bir fərq var, Nata sırf estrada oxuyur və çox gözəl alınır. Mən isə həm bütün janrlarda oxuya bilirəm. Yenə də deyirəm, tembr haradasa bənzəyə bilər. Həbibi mənim kimi muğam, xalq mahnıları, Qrup dövründə mən birinci tanınsaydım (Qeyd: Natəvan Həbibi və Əminə Şirin "W-Trio"nun eks üzvləridir), o zaman deyəcəkdilər ki, Natəvanın səsi Əminənin səsinə oxşayır".

Tamaşaçılar da müğənnini fonaqram oxumaqda qınayıblar və canlı ifa tələb ediblər.

Jurnalistlə-müğənni arasında yaşanan gərginlik, daha doğrusu mübahisə efirə ixtisarla verilib.

BAKU.WS