VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Super star Ajda Pekkan barəsində yayılan "Ailəsi gənc sevgilisini istəmir" xəbərləri üzündən prokurorluğa üz tutub.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ifaçı yaş fərqinin xüsusilə vurğulandığı xəbərlərlə alçaldıldığını və şəxsiyyətinin zədələndiyini iddia edərək şikayətçi olub.

Bu kimi xəbərlərin yazılmasına 72 yaşlı Ajda Pekkan özündən 22 yaş kiçik keçmiş əri Bülent Çavuşoğlu ilə yenidən barışması olmuşdu. Çavuşoğlu 2 il fasilədən sonra Ajda Pekkanın İstanbul-Bahçeköydəki 30 milyon lirəlik villasına yerləşib.

Medada yer alan xəbərlərə görə, Pekkanın ailəsi onların yenidən bir araya gəlməsini istəməyib və Pekkan sevgilisi üzündən qardaşı ilə qarşı-qarşıya gəlib.

Xəbərlərdə sevgilisiylə arasındakı yaş fərqinin qabardılması ilə utandırıldığını bəyan edən Pekkan, hüzur və sükutunu pozan və onu alçaldan bu xəbərləri hazırlayanların cəzalandırılmasını tələb edib.

Prokurorluq artıq araşdırmaya başlayıb.

BAKU.WS