SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Rəqsanə İsmayılova dünən qonaq olduğu "5/5" verilişində çətin anlar yaşayıb

BAKU.WS
-in məlumatına görə, aparıcı Zaur Kamal müğənniyə şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

Gözləmədiyi sualları eşidən Rəqsanənin əhvalı pozulsa da, büruzə verməyib və sualları gülərək cavablandırıb.

Zaur müğənninin hamiləliyindən söz açarkən belə deyib: "Belə çıxır uşaqlarının üç ataları olacaq?".

İfaçı, "Xeyr, mənim uşaqlarımın bir atası var, onu da sən tanıyırsan?" cavabını verib.

Zaurun digər sualı isə Rəqsanənin evliliyinin başa çatması ilə bağlı şayiələr eşitdiyini dilə gətirib: "Eşitdiyimə görə, Fazil müəllim deyib ki, Rəqsanə, sən məni bankrot etdin, çıx get, bir daha qayıtma. Düzdür?" Rəqsanə bu sualı da gülərək cavablandırıb.

Zülfiyyə Qurbanova
BAKU.WS