SİZİN REKLAM BURADA!
055 213 76 73



Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinə start verilib.

Bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, Memarlıq və Texnologiya Muzeyində keçirilib.

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir. Təmsilçimiz tədbirə geyindiyi libasla diqqət çəkib. 

Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.

Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.

BAKU.WS