Lider telekanalının "Yarasa" gecə şousunun yayımı dayandırılıb.

BAKU.WS
-in milli.az-a istinadən verdiyi məlumata görə, "Yarasa"nın yayımlandığı saatda artıq başqa layihə yayımlanacaq.

Əvvəllər cəmi yarım saat efirdə olan "Klip+" verilişi artıq V-VI günlər gecə saat 12-dən 1-ə qədər efirdə olacaq. Sözügedən proqramın aparıcısı Könül olacaq.

Aparıcı, aktrisa "Lider"in efirində daha bir verilişlə tamaşaçıların qarşısına çıxacağını qeyd edib. O, ayın 14-dən etibarən günorta saat 11-dən 12-yə kimi həftə içi hər gün "Nuş olsun" mətbəx verilişi ilə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, Könül Yusif qızı efirdə yayımı dayandırılan "Yarasa" şousuna geyindiyi əlbisələrlə sosial şəbəkələrdə son zamanların ən çox müzakirə olunan məşhurlarından oldu.

BAKU.WS