VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun Körpələr Evində baş verənləri ifşa etməsi prodüser Təranə Səmədovanın xoşuna gəlməyib. O,  məsələ ilə bağlı açıqlama verərək Aysunu günahlandırıb və belə deyib: "Aysun getsin anasının qüsurlarını çəksin".

BAKU.WS
-in məlumatına görə, Rəqsanənin uzun illərdir küsülü olduğu eks prodüsserinin sözlərinə belə reaksiya verib:  

"Bu insana veriləcək cavabım susmaqdır. Yadıma düşməyən insanın məndən və övladımdan danışması mənim üçün boşdur. Çox xosbəxtəm ki, danışır, bizi unutmur. Vay-vay yazığm gəlir. Allah köməyi olsun, bizi yadından çıxarsın. Mənim nə yadıma düşür, nədəki zamanım var ona baş qoşum. Aysun, hər zaman ürəkli ol, etdiyin hərəkətdən dönmə, haqq, ədalət vaxt gələcək yerin tapacaq. Allah böyükdür! Biz insanlıq borcumuzu yerinə yetirdik, körpələr evinin müdiryyətinə gəldikdə isə, yəqin satdıgları pampersin pulları onu indi qurtardı, amma o biri dünyada yetimlərin cavabını Allaha verəcəklər".

Zülfiyyə Qurbanova
BAKU.WS