“Eurovison 2016” təmsilçimiz Səmra Rəhimli sənətdə müğənnilərə maddi dəstək olan şəxslərdən söhbət açıb.

BAKU.WS-in məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, gələcəkdə sponsor təklifi olsa, qəbul edəcək:

“Sənətdə sponsorum yoxdur. Çox şeyi anam və özüm edirəm. Elə müğənnilər var ki, sponsordan istifadə edirlər. Bu həm sosial mediada da olur. Konsertlər həyata keçirəndə sponsorlar lazım olur. Əlbəttə ki, gələcəkdə sponsora ehtiyacım olsa, niyə də yox? Müraciət edəcəm. İndi elə bir layihəm yoxdur ki, sponsora gərəyim olsun. Kimsə təklif etsə ki, yeni layihə, mahnı o zaman razı olaram. Yəni sponsorluq təklifi olsa, razı olaram”.

BAKU.WS