SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə düçar olub.

BAKU.WS
-in məlumatına görə, aparıcı cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb.

Z.Bayramova əməliyyatın uğurlu alındığını deyir: "Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni o xəstəlikdən xilas edəcəyinə iddialı və gülərüz həkım çıxır. Bax onda yaşayacağına əmin olursan və ona etibar edirsən. Elə bizim onkoloq-cərrah Rasim Abdullayev kimi. Nə yaxşı ki, ölkəmizdə belə həkimlər var. Təşəkkürlər doktor! Hörmətli insanlar, heç bir xəstəlikdən qorxmayın, sadəcə həkiminizi düzgün seçin və onunla əlbir olub xəstəliyinizin üstünə gedin. Bilin ki, xəstəlik it kimidi, qorxsan üstünə gələcək, sən onun üstünə getsən qaçacaq. Allah bütün xəstələrə şəfa versin. Həkimimin məsləhətilə mən düzgün müayinə və əməliyyat oldum. Ağır onkoloji əməliyyatımda özü iştirak etdi. Mənə elə bir mənəvi dəstək oldu ki, bunu sözlə ifadə etmək olmaz. O anda yanımda olan bütün dostlarıma təşəkkür edirəm.

Qeyd edək ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.

BAKU.WS