SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayıb. Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı açıq-aşkar görünür.

BAKU.WS
xəbər verir ki, Rəqsanə qızının bu hərəkətinə belə münasibət bildirib:

"Neçə gündür mətbuatda qızım Aysunun çəkib paylaşdığı 1 saylı Körpələr Evinin görüntülərindən danışılır. Mənim övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Təşəkkür edirəm bu mediaya. Bəli, yetimin haqqı yeyilir. Azərbaycan gəncləri belə olmalıdır. Haram yeyən insanlarin basıb gözünü çıxarmalıdır. O ki qaldı kiminsə, mənim övladımın məhkəmə ilə hədələnməsinə, mən övladımın yanındayam! O insanlara demək istəyirəm ki, hələ bu nə videodur ki?! Sizin haqqsızlığınız, yetimlərin ruzisini daşıdıqlarınızla bağlı əlimizdə çox kadrlar var. Cavab verin, niyə daşıyıb aparırsız? Burnunuzdan gəlsin! Doymursuz! Uşaq bezləri, daha nə bilim nələr. Doysun da gözünüz! Gec-tezi var, burnunuzdan gələcək!"

Zülfiyyə Qurbanova
BAKU.WS