SİZİN REKLAM BURADA!
055 213 76 73



Teleaparıcı Elçin Əlibəyli əməkdar artist Elza Seyidcahanla qalmaqala girib.

BAKU.WS
-in məlumatına görə, Əlibəyli yeniavaz.com-a müsahibəsində səsləndirdiyi fikirlər bəstəkar-müğənnini qəzəbləndirib.

Elçin Əlibəyli sərt ifadələr işlədərək Elza Seyidcahanın kitab təqdimatına getmədiyini bildirib: "Özüm-özümə hörmət elədiyim üçün getmədim. Onun şeirlərini niyə oxumalıyam ki? Yazar deyil axı bu adam. Mən də özümə deyə bilərəm ki, Allaham, inanacaqsınız mənə? Bilirsiniz, o yaxşı bəstəkar və ya yaxşı ifaçı ola bilər, amma poeziya, şairlik başqa bir şeydir. Mən Posternakı oxumuşam, ondan sonra Elza Seyidcahanı oxuyacam?"

Elza Seyidcahanın Əlibəyliyə cavabı gecikməyib və daha sərt olub: "Əvvəla, mən Elçin Əlibəylini kitabımın təqdimatına dəvət etməmişdim. Bəlkə də etmişdim, dəqiq bilmirəm, edə də bilərdim. Elçin Əlibəyli məni görəndə şeirlərimin fanatı olduğunu deyir. Mən çox xoşbəxtəm ki, hələ də çox yerlərdə kitabımın müzakirəsi gedir. Bu da mənim necə deyərlər, şansımdır.

Elçin Əlibəyli deyir ki, "Elzanın kitabının təqdimatına getmərəm, çünki özümə hörmət edən adamam". Əslində isə mən özümə hörmət edən adamam, gündə 10 dəfə zəng vururlar, amma Elçin Əlibəylinin verilişinə çıxmıram. Özünüz bilirsiniz orada nələr baş verir. Mənim kitabımın təqdimatında ondan qat-qat səviyyəli insanlar var idi - alimlər, tanınmış şairlər, tənqidçilər, musiqiçilər, aktyorlar, generallar...

Təqdimatın Muzey Mərkəzində keçirilməsi bəs edir. Elçin Əlibəyli məni verilişinə çağırıb özünü reklam edə bilmir, ona görə belə deyir. Mən qınamıram, ola bilsin yaradıcılığım onlara gəlib toxunmayıb. Heç mənə lazım da deyil onun hiss etməsi. Narahat da deyiləm, çox rahat insanam. Bir söz var - "uşağı dünyaya gətirmişəm, göbəyini kəsmişəm, pulumu da qazanıram".

Elçin Əlibəyli onu-bunu it kimi qapışdırmaqla gündəmdə qalır. Getsin sənəti ilə məşğul olsun. Elçin televiziyadan, ekranlardan camaatın evinə tərbiyəsiz danışıqları, münasibətləri soxuşdurur. Mən elə verilişlərə baxmıram, maraqlanmıram. Dəfərlərlə zəng ediblər o verilişlərə gedim, getmirəm. Çünki özümə çox hörmət edirəm".

BAKU.WS