Dünən "5/5"-ə gələn Tacir Şahmalıoğlunun dayısının iddialarını müğənni cavabsız qoymayıb.

Aparıcı Zaur Kamal canlı yayımda bir neçə cəhddən sonra Tacirlə telefon bağlantısı yarada bilib. Aparıcı müğənnini məsələdən agah edəndə Tacir şok olub.

O, eşitdiyi məsələ qarşısında öncə cümlə qurmaqda çətinlik çəksə də, dayısını atdığı addıma görə ciddi ittiham edib. Müğənni bu məsələni ailə daxilində həll etməyin daha uyğun olduğunu "Özünü idarə edə bilmir ki, efirdə çıxıb, bu məsələni danışır" sözləri ilə Nürəddin adlı dayısını qınayıb. Tacir dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.

Qeyd edək ki, dayısı verilişdə açıqlaması zamanı "Tacirin pulu mənə lazım deyil. Onun insanlığı lazımdır mənə, o da onda yoxdur" demişdi.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ