SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Səhər-səhər” proqramında müğənnilər Kərim Abasovla Əli Mirəliyev arasında münaqişə yaranıb.

BAKU.WS-in məlumatına görə, Mirəliyevin veriliş boyu atmacası sonunda Abbasovu özündən çıxarıb.

“Kimin ixtiyarı var mən duran yerdə məni təhqir etsin? Ayağımın altına qoyub param-parça edərəm. Sənətkar olmur, kim olursa olsun. Əgər mən bir insanın hörmətini saxlayıramsa, o insan da mənim mənim hörmətimi saxlamaq məcburiyyətindədir”.

Əli Mirəliyev “özün xoflanırsan” deyərək vəziyyəti yumşaltmağa cəhd edib. Kərim isə, “Nə xoflanmaq? Sən mənə o sözü deməsəydin mən xoflanmazdım” deyib və daha da qızışıb.

Aktrisa Nahidə Oruc Kərimi sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. İfaçı qəzəbini cilovlaya bilməyib və studiyanı tərk edib.
Elgiz Əkbər, Əli Mirəliyev və Nahidə Orucovanın bərabər təqdim etdikləri veriliş canlı olmadığından davaya səbəb olan məqamlar efirdən çıxarılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS