SİZİN REKLAM BURADA!
055 213 76 73



Zaur Kamal aparıcısı olduğu “5-də 5” (Xəzər TV) verilişinin canlı efiriində bilərəkdən çaşqınlıq yaradıb.

BAKU.WS-in məlumatına görə, o, verilişin qonaqlarını reklam fasiləsində özlərini necə aparacaqlarını televiziya tamaşaçılarına nümayiş etdirmək məqsədilə efir rejissoru ilə sözləşərək bilərəkdən yalançı reklam arası olduğunu elan edib.

Qonaqlar yerlərindən tərpənməsələr də, verilişin musiqiçisi Aqşin Tariyeloğlu efiri tərk etmək istəyib. Aparıcı onu geri çağırıb, hara getdiyini soruşub. O isə Zaurun yanına gələrək, “Çay içməyə gedirəm, sən getmirsən?” deyib. Zaur Kamal gülərək efirdə olduqlarını bildirib və "Efirdən çıx" deyə irad tutub. Aqşin özünü itirərək tələsik yerinə qayıdıb.

BAKU.WS