VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqal sosial şəbəkə üzərindən söz davasına dönüb.

BAKU.WS
xəbər verir ki, tərəflər bir-birlərinə İnstagram vasitəsilə təhqir dolu mesajlar göndərirlər.

Xalq artisti Röyanın illər əvvəl çəkilmiş fotosunu paylaşaraq yazıb:

"Röya öz biədəb cavabı ilə tərbiyəsizliyini təsdiq etdi! "Sən bizi önündə otuzdurub dövlətinə qarşı mitinqlərə hazırlayan şərəfsiz idin!" - Sadəcə gülüb bunu deyirəm: Aşığın sözü qurtaranda "dalay-dalay" deyər.

İndi keçək sənin "Röya" jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm".

Qeyd edək ki, Flora Kərimova Röya Ayxanın BAKU.WS-ə müsahibəsində səsləndirdiyi fikirə alçaldıcı ifadələrlə zəngin böyük bir məqalə ilə cavab verməsi qarşı tərəfi qəzəbləndirib. Röya xalq artistinə qəzəbini bu ifadələrlə püskürüb: “Məni heç kim qınamasın, tam 10 il sonra cavab verdim bu Meduza Qarqonaya. Sən axı niyə ölmürsən? Yaxşı ki o vaxt əl telefonu olmayıb. Sən bizi önündə otuzdurub dövlətinə qarşı mitinqlərə hazırlayan şərəfsiz idin. İndiyə qədər də bu dövlətin ovcunda yaşayırsan. Sən kimi sevdin ki, məni də sevəsən? Elə bir alçaq dərəcəyə düşdün ki, ordan çətin qalxasan. Məni nahaq o sidiklə yuduğun kiçik beyninə "layiqsiz qadın" kimi tanıtdın. İnşallah, o dünyada mütləq mənim cavabımı verəcəksən. Xain, ikiüzlü. “Doçinka” deyə-deyə evimizi yıxdın”.

BAKU.WS